hocali-katliami.tr.gg
   
 
  TRT Karabağ Hadiselerini Film Yapmak İstiyor


TRT Qarabağ hadisələri ilə bağlı film çəkmək
istəyir


30 Aprel 2013 [18:45]


Bakıda Azərbaycan Jurnalist
Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafında TRT-nin rolu” mövzusunda dəyirmi masa keçirilib.


Gün.Az-ın məlumatına görə, tədbirdə Türkiyənin TRT kanalının
baş direktoru İbrahim Şahin, onun köməkçisi Zeynel Koç, Anadolu Universitetinin
rektoru Davud Aydın və Azərbaycanın aparıcı qəzet və informasiya agentliklərinin
baş redaktorları iştirak ediblər.



AJQA-nın prezidenti Sevil Yusifova iki qardaş ölkə arasında əlaqələrin
daha da genişlənməsindən söhbət açıb və bunda TRT kanalının böyük rolunun olduğunu
qeyd edib:



“Son 20 il ərzində Azərbaycanla Türkiyə arasında əlaqələr sürətlə inkişaf edib
və sözsüz ki, bunda TRT kanalının böyük rolu var. Kanalda Azərbaycanla, xüsusilə
də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayımlanan verilişlər Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Buna
görə TRT rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk”.



“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli müstəqilliyin
ilk illərindən TRT-nin Azərbaycanda baş verən hadisələrə geniş yer verdiyini
bildirib. TRT-nin Azərbaycanda fəaliyyətinin genişlənməsi ilə bağlı istəyini
dilə gətirən E.Mirzəbəyli ortaq proqramların hazırlanması ilə bağlı istəyini də
diqqətə çatdırıb.



“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev uşaqlıq illərinin TRT-ni
izləməklə keçdiyini deyərək bildirib ki, müstəqilliyin ilk illərindən başlayaraq
Azərbaycanda TRT-nin böyük tamaşaçı kütləsi yaranıb:



“Türkiyə kimi güclü və böyük bir dövlətin aparıcı kanalı kimi bu gün türk dövlətləri
ilə əlaqələrin inkişafında TRT-nin üzərinə böyük yük düşür. İnanıram ki, TRT bu
missiyasını bundan sonra da uğurla davam etdirəcək”.



Türkiyənin TRT kanalının baş direktoru İbrahim Şahin ilk öncə rəhbəri
olan kanal haqqında məlumat verərək bildirib ki, hazırda TRT-nin 15 kanalı və
18 radiosu fəaliyyət göstərir. Dünyanın ən böyük və nüfuzlu kanallarından sayılan
TRT 34 dildə radio yayımı göstərir.



TRT-nin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini deyən İ.Şahin yaxın gələcəkdə
Azərbaycanla bağlı çoxlu layihələr reallaşdıracaqlarını diqqətə çatdırıb:



“Biz öz təcrübəmizi azərbaycanlı həmkarlarımızla bölüşməyə həmişə hazırıq. Azərbaycanla
bağlı bir çox layihələrimiz var. “Əli və Nino” romanı əsasında serial çəkilməsi
ilə bağlı təşəbbüs göstərsək də, müxtəlif səbəblərdən bu təşəbbüsümüz baş
tutmadı.


Bununla belə inanıram ki, Azərbaycan,
Gürcüstan və Türkiyənin birgə səyi nəticəsində yaxın zamanlarda sözügedən roman
əsasında ya serial, ya da film çəkiləcək. Bundan başqa Qarabağ hadisələri ilə də
bağlı da film çəkmək niyyətimiz var. Bunun üçünsə bir araya gəlməli və mükəmməl
bir ssenari hazırlamalıyıq”.



Azərbaycanda uşaq kanalının açılmasına böyük ehtiyac olduğunu deyən İ.Şahin
bunun üçün hər bir dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.



TRT rəhbəri ölkəmizdə gedən inkişafı da xüsusi qeyd edib.



Görüşün sonunda İ.Şahinə AJQA-nın xüsusi mükafatı olan “Media ulduzu” mükafatı
təqdim edilib.



Babək Cahandarov

Gün.Az


HOCALI KATLİAMI
 
 
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!
SİTE 7 MAYIS 2013 TARİHİNDE KURULMUŞTUR. Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol